Rəşad Sadıqovun istədiyi kimi…

15 Mart 2022 16:00 Zirə 810
Rəşad Sadıqovun istədiyi kimi…

Ağır Qəbələ səfəri «Zirə»ni minal məqsədinə çatdırdı.

Qarlı hava üzündən 90 dəqiqəlik oyunu iki gün ərzində keçirmək məcburiyyətində qaldılar, sonda dağlar qoynundan 1 xal götürüb qayıtdılar.

İndi yaya hazırlaşmaq olar. Avrokuboklara vəsiqə böyük ölçüdə əldə edilib.

Premyer Liqa ilə bahəm, ölkə kubokunda da yola davam eləyən «Zirə» sabit çıxışı ilə göz doldurur. İnam və istək hər ötən həftə bir qədər də artır.

Sadəcə, mübarizlik deyil, futbolları da ağıl cəhətdən nizamlı və intizamlıdır.

Komandası Rəşad Sadıqovun istədiyi məcraya yönəlib, müəyyən səviyyəyə qalxıb. Yeni macəra onlara da çox maraqlı gəlir.

«Zirə»li futbolçular meydanı paylaşmağı öyrənib. Bundan belə, ürəklərindən keçsə, gedib sığorta şirkətində də çalışa bilərlər.

Hamidu Keyta topsuz epizodlarda yatıb qalmasa, «Zirə»də 11 nəfərin onbirinin də saat əqrəbinə bənzədərdim.

Moskva 1 gündə düzəlmədiyi kimi, eybi yox, yeni transferin də Sadıqovun prinsiplərinə tamamilə uyacağını gözləyək və vaxt verək.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti