Turun mərkəzi qarşılaşması sayılan “Qəbələ” – “Zirə” görüşündə meydanda əsas söz sahibi Əliyar Ağayev olacaq.
Hazırda Premyer Liqada fit çalan hakimlər arasında ən təcrübəli hesab olunan 34 yaşlı referinin işinin öhdəsindən layiqincə gələcəyinə şübhə yoxdur.
Hər halda çiyinlərində illərin təcrübəsini daşıyır. Lakin fakt var ki, ona toxunmadan keçmək mümkün deyil.
Əliyarın idarə etdiyi oyunlarda zirəlilərin məğlubiyyətin nə olduğunu bilməməsi (3 qələbə, 1 heç-heçə).
Əvəzində bölgə təmsilçisi bu hakimin meydanda əsas söz sahibi olduğu matçlarda qələbə üzünə həsrət qalıb (1 heç-heçə, 1 məğlubiyyət).
“Zirə”nin oyunlarına nəzər salaq.
3-cü tur: Keşlə - Zirə 0:2
7-ci tur: Qəbələ - Zirə 1:1
11-ci tur: Zirə - Səbail 3:1
Kubokun yarımfinalı: Səbail – Zirə 1:3
Bu da Ağayevin idarəçiliyi ilə “Qəbələ”nin qarşılaşmaları.
6-cı tur: Qarabağ – Qəbələ 2:0
7-ci tur: Qəbələ - Zirə 1:1
Məlum məqama toxunmaqla Əliyarla “Zirə” arasında hansısa əlaqə və ya bağların olduğunu iddia etməkdən uzağıq. Sadəcə, mərkəzi oyundan əvvəl kiçik qeyd etmək istədik.
Görək, bazar günü gülən tərəf kim olacaq. Yenədəmi “Zirə”?
HƏBİB / SPORTİNFO.AZ

