“Patrik Andrade maraq dairəmizdə idi, onu transfer etmək istəyirdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Qəsəbə klubunun çalışdırıcısı hazırda “Qarabağ”ın formasını geyinən kabo-verdeli yarımmüdafiəçi ilə bağlı maraqlı fakt açıqlayıb:
“Digər sərbəst futbolçular kimi, o da bizə təklif olunmuşdu. Oyunlarına baxladıq, xoşumuza gəldi.
Danışıqlar aparmaq istəyəndə isə məlum oldu ki, artıq “Qarabağ” da onu istəyir. “Qarabağ” olan yerdə bizim Andradeni almaq şansımız daha yox idi. Odur ki, təklifimizi geri götürdük”.

