Rəşad Sadıqov istəyini açıqladı: "Bu, mənim həmişəki məqsədimdir"

4 Mart 2022 11:40 Zirə 2 959
Rəşad Sadıqov istəyini açıqladı: "Bu, mənim həmişəki məqsədimdir"

«Daim inkişaf etmək mənim həmişəki məqsədimdir».

Bu sözləri «Sportinfo TV»yə açıqlamasında «Zirə»nin çalışdırıcısı Rəşad Sadıqov deyib.

Qəsəbə təmsilçisi uğurlu mövsüm keçirir. «Qartallar» Premyer Liqanın geridə qalan 17 turunda 31 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində məskunlaşıb.

Baş məşqçi avrokuboklara vəsiqə uğrunda mübarizənin sonadək davam edəcəyini bildirib:

«Düşünmürəm ki, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların adına aydınlıq gəlib. Hələ qarşıda 11 tur var və 3 xallıq sistemin olmasını nəzərə alsaq, qarşıdakı həftələrdə çox şeyin dəyişməsi mümkündür.

Çempionatda ikinci yeri tutmaq istəyirik. İki «cəbhə»də mübarizə aparmaq çətindir. Bu, təkcə «Zirə»yə yox, bütün komandalara aiddir.

Yenə də əlimizdən gələni edəcəyik ki, mövsümü yaxşı nəticə ilə başa vuraq. Qətiyyən arxayınlaşmırıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti