Rəşad Sadıqovu qayğılandıran AĞIR TƏQVİM

2 Mart 2022 23:00 Zirə 1 196
Rəşad Sadıqovu qayğılandıran AĞIR TƏQVİM

Qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında itkisiz irəliləyən yeganə komanda "Zirə"dir.

Rəşad Sadıqovunun yetirmələri 2-si kubokada olmaqla meydana çıxdığı 5 qarşılaşmanın hamısında qələbə qazanmağı bacarıb.

Bu matçlarda komanda öz qapısından cəmi 1 top buraxıb. O da o qədər də əhəmiyyət daşımayan "Səbail"lə kubokun cavab matçına təsadüf edir. Ki, Sadıqov həmin gün meydana daha çox eksperimental heyəti buraxmışdı.

Amma uğurlu seriyanın uzun müddətli olmaq perespeltivi azdır. Düzdü, paytaxt klubu bu həftə 18-ci tur çərçivəsində "Sumqayıt"ı qəbul edəcək. Seriyanın uzanacağı real görünür. Ki, rəqib heç də yaxşı günlərini yaşamır.

Elə əsl həngamə də ondan sonra başlayır. Sonrakı 3 turda uğur qazmaq "Zirə"li futbolçulardan böyük hünər tələb edir. Çünki rəqiblərdən biri son çempion "Neftçi", digəri hazırkı lider "Qarabağ"dısa, ən münasib saya biləcəyimiz üçüncü rəqib isə mövsümün surpirz komandası "Qəbələ"dir.

Təkcə sadaladığım təqdimata görə "Zirə" üçün çətin olacağını düşünmək lazım deyil. Ümumiyyətlə, bu komandalarla oyunlarda Sadıqov üçün şanssızlıq yaşandığını deyə bilərik.

Belə ki, mövsümün arxada qalan bölümündə "Zirə" adıçəkilən rəqiblərlə baş tutan 6 qarşılaşmada cəmi 2 heç-heçə əldə edib. Biri "Qarabağ"la, digəri isə "Qəbələ" ilə oyunda reallaşıb. Digər 4 görüş məğlubiyyət qeydə alınıb.

Yəqin ki, gənc mütəxəssis futbolçularını həmin rəqiblərlə qarşıdakı görüşlərə döyüşə hazırlaşırmış kimi motivasiya edəcək.

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti