Rəşad Sadıqov: “Bu gün Qurban Qurbanova daha çox ehtiyacım var”

2 Mart 2022 18:00 Zirə 1 148
Rəşad Sadıqov: “Bu gün Qurban Qurbanova daha çox ehtiyacım var”

“Qurban Qurbanovla əvvəlkitək tez-tez görüşə bilmirik”.

Bu sözləri “Sportinfo TV”yə açıqlamasında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, uzun illər rəhbərliyi altında oynadığı, indi isə həmkarlıq etdiyi “Qarabağ”ın çalışdırıcısı ilə münasibətlərindən danışıb:

“Biz lap əvvəldən dost olmuşuq. Hələ “Neftçi”də oynadığımız vaxtdan. Sonradan qismət elə gətirdi ki, baş məşqçimiz oldu.

“Neftçi”dən sonra “Qarabağ”a getdi və yenə vəziyyət elə alındı ki, mən də ora gedəsi oldum. “Qarabağ”da oynadığım vaxt əlimizdən gələni etdik ki, kluba uğur qazandıraq.

Qurban müəllim şəxsiyyətdir. Ondan danışası olsam, gərək saatlarla, günlərlə danışım.

Bu gün hərəmizin öz işi var. Görüşməyə az vaxt tapırıq. Onda da ancaq özümüz barədə söhbət edə bilirik.

Qurban müəllim hər addımda mənə örnəkdir. Bu gün ona həmişəkindən daha çox ehtiyacım var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti