Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Zirə" Bayılda "Səbail"in qonağı olub.
"ASCO Arena"da oynanılan qarşılaşma "qartallar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Ağabala Ramazanov vurub.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 11 xalı olan "Səbail" isə sonuncu - 8-ci pillədə qərarlaşıb.

