3 xal qazan, 1000 manatı cibinə qoy!

26 Fevral 2022 22:20 Zirə 1 430
3 xal qazan, 1000 manatı cibinə qoy!

“Zirə” Premyer Liqanın 17-ci turunda “Səbail”in qonağı olacaq.

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “qartallar”ın xal ehtiyatı 28-dir.

Üçüncü dövrəyə uğurlu start verən qəsəbə təmsilçisi qələbə seriyasını Bayılda davam etdirsə, mükafat üstünə mükafat qazanacaq. Növbəti 3 xal hər futbolçunu 1000 manat irəli salacaq.

Ölkə kubokunda yarımfinala vəsiqə qazanan “Zirə”nin futbolçularının qazancı məlum olub.

Qəsəbə təmsilçisi bu münasibətlə oyunçularının hər birinə 800 manat mükafat ödəyib.

“Qartallar” ¼ final mərhələsində “Səbail”ə 4:0 və 3:1 hesabı ilə qalib gəlib. Zirəlilər finala gedən yolda “Neftçi” ilə qarşılaşacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti