"Zirə"nin yeni transferi Hamidu Keyta "Sabah"la Premyer Liqa matçından (2:0) sonra instaqramda paylaşım edib.
Sportinfo.az xəbər verir ki, bu matçda dubl edən 27 yaşlı fransalı hücumçu bunları deyib:
"Bu hissi sevirəm. Diqqət mərkəzində qal".
"Zirə" Hamidu Keytanı qış transfer pəncərəsi zamanı heyətinə qatıb. Seneqallı forvard paytaxt klubunun heyətində meydana çıxdığı 3 oyunda 3 qol vurub.

