"Zirə" 3 üçün darıxmışdı, yenidən orpa qayıtdı - FOTOREPORTAJ

21 Fevral 2022 09:00 Zirə 727
"Zirə" 3 üçün darıxmışdı, yenidən orpa qayıtdı - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" "Sabah"ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qartallar"ın heyətində hər iki qolu Hamidu Keyta vurub. Fransalı hücumçu 63-cü və əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarını 28-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 20 xalı olan "Sabah" isə 5-ci sırada qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti