Rəşad Sadıqov: "Həmişə düz gördüyümü etməyə çalışan insanam" - VİDEO

21 Fevral 2022 01:50 Zirə 698
Rəşad Sadıqov: "Həmişə düz gördüyümü etməyə çalışan insanam" - VİDEO

“Çox gərgin oyun keçdi. Həm də maraqlı idi. Düşünürəm ki, çempionatımızda belə oyunların sayı nə qədər çox olsa futbolçularımız da inkişaf edəcək”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

40 yaşlı mütəxəssis Premyer Liqanın XVI turunun “Sabah”la oyunundan sonra (2:0) keçirilən mətbuat konfransında matç barədə danışıb:

- İlk hissədə hər iki komanda əzmkar mübarizə apardı. Demək olar ki, meydanın mərkəzi uğrunda mübarizə gedirdi. İkinci hissədə daha aktiv oynamağa başladıq. Bu da təbiidir. Hər iki komanda bir-birinə topla oynamağa daha çox imkan verirdi. Ondan sonra daha yaxşı oynamağa başladıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Çempionatın ən mübariz, ən çox pressinq edən komandasına qarşı oynayırdıq. Əlimizdən gələni etməyə çalışdıq ki, bu gün qələbə qazanaq. Bilirdik ki, rəqib qələbə qazanmağa çalışacaq. Çox şükürlər olsun ki, sonda vacib olan qələbəni qazandıq. Yolumuza davam edəcəyik.

- Komandanın indiki potensialı iki cəbhədə mübarizə aparmaq üçün nə vaxta qədər yetərlidir?
- Ümumiyyətlə, mən həmişə gələcəklə bağlı suallarla bağlı fikir bildirməkdə çətinlik çəkirəm. Proqnoz verməyi xoşlamıram. Bilmirəm, qeyd etdiyiniz kimi hər iki cəbhədə 4-5 gündən bir oynamaq necə olacaq. Heyətimiz bir az genişdir. Meydana sonradan daxil olan təcrübəli oyunçularımız da var, oyundan kənar qalan futbolçularımız da oldu. Çalışacağıq ki, sonadək hər iki cəbhədə mübarizə aparaq. Hər şeyi zaman göstərəcək.

- Sizcə, Keyta hücumçu, yoxsa vinger kimi daha effektlidir?
- Məncə hər iki pozisiyada effektlidir. O, komandamıza gəldikdə söhbətimiz oldu, əsas mövqeyinin sol cinah olduğunu bildirdi. Dedim ki, səni başa düşürəm, səbirli ol, hər iki pozisiyada uğurlu olacaqsan. Davit Volkovla aramızda olan söhbəti ona danışdım. O da ilk vaxtlar özünü sağda yaxşı hiss etdiyini demişdi. Amma nominal forvarda çevrildi. Hər ikisində forvard keyfiyyətləri var. Sürətli, cüssəlidirlər, driblinqləri də yaxşıdır. Düşünürəm ki, onu hər iki pozisiyada istifadə edə bilərik. Yenə də görək gələcək nə göstərir.

- Əsasən onun mövqeyində çıxış etdiyindən Ağabala özünü narahat hiss etmir ki?
- Ötən il bizdə heyətlə bağlı qıtlıq idi. Ağabala komandanın kapitanıdır, aparıcı oyunçusudur. Belə rotasiyalar çempionatın sonuna qədər oyuna, rəqibə görə davam edəcək. Ona uyğun heyətdə dəyişikliklər olacaq. Hamısını planlaşdırmışdıq ki, Ağabalanın ara pasları olsun, oyunu üzərinə götürməyi olsun. Onun görüşün sonunda meydanda olması bizim üçün önəmlidir. Bu rotasiyalar sonadək davam edəcək. Biz daha çox 4-2-3-1 sistemi ilə oynayırıq. 5 hücumameylli futbolçumuz var. Hamının oynamaq imkanı olacaq. Belə olduqda futbolçular özləri də inkişaf edəcəklər. Bilirsiz zədələrdən, cəzalardan sığortalı deyilik. Ona görə də düşdüyümüz vəziyyətə uyğun onu dəyərləndirməliyik.

- Heyət kasad idi, problem var idi. Heyət genişdir, bəs indi start heyəti qurmaq sizə problem yaratmır?
- Yox, mənim üçün problem deyil. Həmişə düz gördüyümü etməyə çalışan insanam, həm də məşqçi kimi. Mövsüm uzundur, 3-4 gündən bir oyunlarımız var. Rəqiblərimiz bizə qarşı oyunlarda bizi analiz edirlər. İstədiyimiz hücumlara imkan vermirlər, bu rotasiyalara çox ehtiyacımız var. Artıq ikinci hissənin ortasında düşündüm ki, Volkov cinahda sürətindən istifadə edib Keytanı mərkəzdə, Ağabalanı solda olsa bu “üçlük” hücumda effektli ola bilər. Şükürlər olsun ki, öz nəticəsini göstərdi. Bu gün öz nəticəsini göstərməsəydi belə, hər bir oyunçu digərinin mövqeyində oynamağa hazır olmalıdır. Yerdəyişmələr, rotasiyalar komanda üçün yenilik olmamalıdır. Əks halda, biz dəyişməz heyət olduqdan sonra cəza və ya zədə olduqda komandada hiss olunur. Ötən mövsüm çox ciddi zədələrimiz oldu. Ona görə bunu nəzərə almağa məcburuq.

- Komandanın gücü hər iki cəbhədə nə vaxta qədər mübarizə aparmağa çatacaq?
- Proqnoz verməyi xoşlamıram. 4-5 gündən bir oyunlar olacaq. Kubokda da rəqib "Neftçi"di. Heyətimiz bir az genişdi. Meydana sonradan daxil olan 3 futbolçu var idi. Çalışacağıq ki, hər iki cəbhədə sona qədər mübarizə aparaq. Amma zaman göstərəcək hər şeyi.

- Hamidu Keyta daha çox hücumçu, yoxsa vinger kimi effekt verir?
- Hər iki mövqedə. Söhbətimiz oldu, dedi əsas mövqeyim soldu cinah. Dedim ki, başa düşürəm, uğurlu olacaq. Davit Volkovla aramızdakı söhbətimizi ona danışdım ki, sağda daha rahat olduğunu demişdi, sonradan forvarda çevrildi. Hər ikisinin driblinqi, sürəti yaxşıdı. Hər iki mövqedə rahatlıqla istifadə edə bilərik.

- Ağabala Ramazanov özünü narahat hiss etməyə başlayıb?
- Bizdə heyətdə qıtlıq var idi. Ağabala kapitandı, aparıcı oyunçudu. Rotasiyalar rəqibə, oyuna görə davam olacaq. Planlaşdırmışdıq ki, oyunun dinamikası düşdükdən sonra, təcrübəli futbolçunun meydanda olması önəmliydi. 4-2-3-1 sistemi ilə oynayırıq. Hamıya oynamaq imkanı olacaq, futbolçular da inkişaf edəcək. Cəzalar və zədələrdən biz sığortalanmamışıq.

- Davit Volkov mövqeyini ikinci yarıda dəyişdi və daha effektiv oldu. Bu, gələcək oyunlara təsir göstərəcək?
- Bəli, 2-ci yarının ortasında düşündüm ki, Volkovun sürətindən istifadə edək, Keyta ortada daha effektli olar. Bu da öz nəticəsini göstərdi. Bu gün olmasaydı da, ağlımda var idi belə sistem. Volkov və Ağabala cinahlarda, Keyta ortada oynasın. Hər bir futbolçu digərini əvəzləməyə hazır olmalıdı. Heyət tam oturduqdan sonra zədə və cəza olarsa, dərhal böyük itki kimi hiss olunar, oyuna təsir edər.

- Heyət genişdi deyə, start heyəti qurmaq problem deyil?
​- Həmişə düz gördüyümü etməyə çalışmışam. Sezon uzundu, tez-tez oynayırıq. Rəqiblər bizi analiz edirlər, istədiyimiz hücumları qurmağa imkan vermirlər. Rotasiyalara çox ehtiyacımız var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti