Braziliyadan “Zirə”yə döndü

16 Fevral 2022 15:00 Zirə 1 228
Braziliyadan “Zirə”yə döndü

“Zirə”nin hücumçusu Filipe Pahtman uzun fasilədən sonra Azərbaycana dönüb.

Dizindən ağır əməliyyat keçirmiş forvard Braziliyada fizioterapiya kursunu başa vurub.

O, fərdi qaydada məşqlərə start verib. Cənubi amerikalı legionerin mayda komandaya qoşulması gözlənilir.

"Zirə” ötən ilin iyulunda Filipe Pahtmanla yeni müqavilə imzalayıb. Ukraynanın "Lvov" klubuna məxsus “sambaçı” sonradan transfer hüququ alınmaq şərtilə mövsümün sonunadək icarəyə götürülüb.

21 yaşlı forvardın transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Pahtman peşəkar karyerasına "Lvov"da başlayıb və 2021-ci ilin yanvarından "Zirə"də çıxış edir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti