"Zirə" gündəmində olan legionerlərdən biri ilə münasibətlərini rəsmiləşdirib.
"Qartallar" Ahmed Ayzaya ilə 1,5 illik müqavilə bağlayıb.
Razılaşmaya əsasən, müddət sonradan daha 1 il uzadıla bilər. Nigeriyalı yarımmüdafiəçi qəsəbə təmsilçisinə azad agent kimi keçib.
27 yaşlı afrikalının karyerası Portuqaliya ilə bağlıdır. "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Sportinq Kovilya"da çıxış edib.
Bu mövsüm Portuqaliya II Liqasında 18 matçda 1 qol vuran vinger 2 kubok oyununda da meydana çıxıb.
Yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində çıxış etmək üstünlüyü olan nigeriyalı "Zirə"yə baha başa gəlməyib.
Burada keçirəcəyi ilk aylara görə 6500-7000 dollar qazanacaq. Növbəti mövsümdən isə bu məbləğin bir qədər də artırılması nəzərdə tutulub.
SPORTİNFO.AZ

