Nigeriyalı yarımmüdafiəçi "Zirə"də - RƏSMİ

10 Fevral 2022 20:10 Zirə 1 056
Nigeriyalı yarımmüdafiəçi "Zirə"də - RƏSMİ

"Zirə" heyətinə yeni oyunçu cəlb edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ahmed Ayzaya ilə 1,5+1 illik müqavilə bağlayıb.

26 yaşlı nigeriyalı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Kovilya" klublarında çıxış edib.

Qeyd edək ki, "Zirə" buna qədər Hamidu Keyta (“Santa Klara”, Portuqaliya), Brayan Alseus (“Qaz Metan”, Rumıniya), Rahil Məmmədov ("Qarabağ" - icarə) və Nail Alışovu ("Səbail") heyətinə cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti