“Zirə”li fransız: “Ciddi və aqressivdir - Uzun müddətdir futbol oynamırdım”

8 Fevral 2022 20:20 Zirə 737
“Zirə”li fransız: “Ciddi və aqressivdir - Uzun müddətdir futbol oynamırdım”

“Komanda yoldaşlarıma təşəkkür edirəm, yaxşı nəticə qazandıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin hücumçusu Hamidu Keyta deyib.

Fransalı Premyer Liqanın XV turunun “Keşlə” ilə matçı haqda fikirlərini açıqlayıb:

“Bura üç xal üçün gəlmişdik və istəyimizə çatdıq. “Keşlə” ciddi, aqressiv komandadır. Uzun müddətdir futbol oynamırdım.

Bütün məşqçilərə, komanda yoldaşlarıma təşəkkür edirəm.

Şadam ki, ilk görüşdə “Səbail”ə qol vurdum və kubokun ¼ final mərhələsinin cavab oyununa 4:0 hesablı üstünlüklə yollanacağıq.

Üzərimdə işləyib, daha yaxşı çıxış etməyə çalışacam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti