Kapitan “gəmi”ni tez tərk etdi, təslim oldular - FOTOLAR

8 Fevral 2022 09:20 Zirə 985
Kapitan “gəmi”ni tez tərk etdi, təslim oldular - FOTOLAR

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.

Sportinfo.az xəbər verir ki, XV turun ilk oyununda "Keşlə" "Zirə"ni qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"ın qolunu 45-ci dəqiqədə Məhəmməd Hamdaui vurub.

Bu qoldan 5 dəqiqə əvvəl meydan sahiblərinin kapitanı İlkin Qırtımov ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qələbə sayəsində xalını 25-ə çatdıran "Zirə" üçüncü pilləyə yüksəlib. "Keşlə" isə 14 xalla hələlik 6-cı sıradadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti