2 aydan sonra yenidən Azərbaycana qayıtdı

6 Fevral 2022 09:40 Zirə 1 684
2 aydan sonra yenidən Azərbaycana qayıtdı

“Zirə” aparıcı müdafiəçisinə qovuşmaq üzrədir.

Nemanya Andelkoviç dünən Azərbaycana qayıdıb.

O, bugündən etibarən komanda yoldaşlarının yanında olacaq.

Lakin ilk mərhələdə ona kollektiv məşqlərdə iştirak etmək olmaz. Serbiyalı müdafiəçi bir müddət fərdi məşqlərlə kifayətlənməli olacaq. Daha sonra daha ağır çalışmalarda tər tökəcək.

Nemanya Andelkoviç Azərbaycan Premyer Liqasının 13-cü turunda baş tutmuş “Zirə” – “Qəbələ” görüşündə ağır zədəyə məruz qalaraq, dekabrın 14-də vətənində əməliyyat olunmuşdu. Həmin vaxtdan müalicəsini Serbiyada davam etdirirdi.

Ötən ilin yanvarında ölkəmizdə çıxış edən 24 yaşlı futbolçu cari mövsümdə 11 oyunda forma geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti