“Xəzər Lənkəran”dan tanıdığımız rumın "Zirə"nin yeni transferlərini təriflədi

6 Fevral 2022 01:20 Zirə 672
“Xəzər Lənkəran”dan tanıdığımız rumın  "Zirə"nin yeni transferlərini təriflədi

"Hamidu Keytanı və Brayan Alseusu yaxşı tanıyıram. Hamidunun oyununa daha yaxından bələdəm.

Hər ikisi çox yaxşı futbolçulardır və onlar komandaya yaxşı kömək olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Adrian Yordaşe deyib.

Rumıniyanın “Voluntari” klubunda məşqçi kimi çalışan “Xəzər Lənkəran”ın sabiq futbolçusu “Zirə”nin yeni transferləri barədə danışıb.

Belə ki, Yordaşe son klubu “Qaz Metan” olan Alseus və “Botoşani”də oynamış Keyta barədə fikirlərinə bu cür davam edib:

"Dediyim kimi, həm Keyta, həm də Alseus çox yaxşı futbolçudu. Hətta Keyta üçün “Botoşani” növbəti təklifi göndərmişdi.

Amma o, başqa yerdə oynamaq istəyirdi. Siz özünüz də onların necə futbolçu olacağını görəcəksiz".

“Dinamo”(Buxarest), “Şinnik”, “Rapid”(Buxarest) kimi klublarda oynadıqdan sonra Yordaşe 2010-cu ildə “Xəzər Lənkəran”a keçmişdi.

O, hazırda Rumıniya yüksək liqasında çıxış edən və 3-cü pillədə qərarlaşan “Voluntari”nin məşqçisidi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!