Messiyə qarşı oynadı, "Zirə"yə gəldi, təbrik qazandı - FOTO

5 Fevral 2022 19:00 Zirə 1 262
Messiyə qarşı oynadı, "Zirə"yə gəldi, təbrik qazandı - FOTO

“Zirə”nin qış fasiləsində sonuncu transferi Brayan Alseus oldu.

Sonuncu iş yeri “Qaz Metan” olan 25 yaşlı yarımmüdafiəçi karyerası ərzində Fransa təmsilçilərinin şərəfini qorumaqla yadda qalıb.

Alseus həm də Haiti millisinin üzvüdür. O, yığmada vaxtilə Azərbaycanda legioner həyatı yaşamış Vild-Donald Gerye və Soni Mustivarla çiyin-çiyinə oynayır.

Brayanın “Zirə”yə transfer olunması xəbərinə dostları birganə qalmayıb.

Onlar sosial şəbəkə hesablarında Alseusun dünya futbolunun ulduzu Lionel Messi ilə fotosunu paylaşaraq, Brayanı da həmin şəkilə təq edərək “Uğurlar, şah” yazıb.

Ölkəmizdə legioner həyatı yaşayacaq futbolçu 2018-ci ilin mayında Argentina ilə Haiti arasındakı yoldaşlıq görüşündə Messiyə qarşı mübarizə aparmaq imkanı qazanıb.

Brayan Alseus “Zirə”ylə 2,5 illik müqavilə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti