"Zirə"yə zəmanət versələr…

4 Fevral 2022 09:40 Zirə 852
"Zirə"yə zəmanət versələr…

«Zirə» doğma meydanda əldə etdiyi 4:0-la üstünlüklə yarımfinalın darvazasını yarıyadək açdı.

Hesabın böyüklüyü «Səbail»in qol-qanadını sındırıb, revanş götürmək potensialları qalmayıb.

Əgər belə bir hal versə, gərək Rəşad Sadıqov bütün futbolçuları düşərgədən qovsun.

Amma bir mahnıda deyildiyi kimi, «olmamalı idi, oldu» təəssüfünə qatlaşmamaq üçün cavab oyununa ciddi hazırlaşmaları şərtdir.

Düzdür, «Zirə»nin Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanmaq imkanı yüksəkdir, sadəcə, kubok marşrutu mənzil başına çatmaq anlamında daha qısadır.

Futbolda iştahı nəticə artırır. Fikir vermisiz yəqin, «Zirə» nazik və incə bir yoldadır. Hakim qərəzinə uğramasalar, irəli gedəcəklər.

Mövsümün geridə qalan bölümündə kənar müdaxilələrə, təsirlərə, ayrı-seçkiliyə tez-tez tuş gəldilər.

«Zirə» bu tərəfdən qarantiya alsa, hakim antipatiyası ilə üzləşməyəcəyinə əmin olsa, hər iki «cəbhə xətti»ndə mümkün qədər irəliləyiş əldə edəcəklər. Bir himə bənddirlər. Həm elə, həm belə.

İç dünyaya baş vursaq, burada hər şey Rəşad Sadıqovun kontrolundadır. Hələ ötən ilin yayında bəyəndiyi Hamud Keytanın transferinin indi reallaşmasına ən çox sevinən də odur.

Fransızın gəlişi yalnız vurduğu qolla özünü hiss etdirmədi. Fiziki göstəriciləri, mövqe seçimi, topla rəftarı «Zirə»ni üçüncü zonada daha hərəkətli və güclü edəcək. 30 dəqiqə içində bütün bunların işartılarını verdi.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti