"Zirə"dən qələbə şərhi

2 Fevral 2022 19:50 Zirə 891
"Zirə"dən qələbə şərhi

"Maraqlı görüş oldu. Uşaqlar yaxşı çıxış etdi, oyunlarından razıyam".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin məşqçisi Vaqif Paşayev Azərbaycan kubokunun 1/4 finalında "Səbail"ə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis böyükhesablı məğlubiyyətə baxmayaraq, mərhələnin taleyininə cavab matçından sonra aydınlıq gələcəyini bildirib: "Qarşıda hələ cavab oyunu da var. Ayın 7-də bizi Premyer Liqada "Keşlə" ilə vacib oyun gözləyir. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik".

Qeyd edək ki, komandanın baş məşqçisi Rəşad Sadıqov cəzalı olduğu üçün mətbuat konfransında iştirak etməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti