Hamidu Keyta «Zirə»ni «Bursaspor»dan üstün tutub.
Fransalı vinger «qartallar»la 1,5 illik müqavilə imzalamamışdan öncə «yaşıl timsahlar»dan dəvət alıb.
Namiq Ələsgərovu sıralarına qatmış Türkiyə klubu 27 yaşlı legionerə illik 350 min avro təklif edib.
«Bursaspor»un TFF I Liqada uğursuz mövsüm keçirməsini və Super Liqaya vəsiqə qazanmaq şansının azalmasını nəzərə alan Keyta ondan xeyli aşağı məbləğə «Zirə»nin yolunu tutub.
Cari mövsümün geridə qalan hissəsini Portuqaliyada – «Santa Klara»da keçirən yarımmüdafiəçi «Oser»in yetirməsidir. O, 2014-cü ildə peşəkar futbol karyerasına başlayıb.
Adıçəkilən klubun B komandasına yüksələn Keyta daha sonra «Havr»a üz tutub. 2015-ci ildən buradan ayrılıb və «Trellisar»a keçib. Növbəti 2 mövsümdə isə «Sent Etyen»in uğurları üçün tər töküb.
2017-2018-ci illərdə «Şambli»nin yolunu tutub. Ardınca Rumıniyadan dəvət alıb və «Kalaraşi» ilə müqavilə bağlayıb.
2019-2021-ci il aralığında «Botaşani»yə xidmət edib. Ötən ilin yayınla da buranı «Sana Klara»ya dəyişib.
SPORTİNFO.AZ

