“Zirə”dən ikinci TRANSFER

26 Yanvar 2022 14:40 Zirə 1 156
“Zirə”dən ikinci TRANSFER

“Zirə” yeni ilin ikinci transferini gerçəkləşdirib.

Qəsəbə təmsilçisi bu dəfə müdafiə xəttini gücləndirib.

Hələlik adı gizli saxlanılan legioner bu gün Azərbaycana gəlib.

Qarşı tərəflə 6 ay+1 illik müqavilə imzalanması nəzərdə tutulub. O, 2 ay öncə ağır zədə alaraq əməliyyat olunan Nemanya Andelkoviçin boşluğunu doldurmalıdır.

«Zirə» daha öncə ilə anlaşan Hamidu Keyta ilə anlaşıb. Hücumameylli yarımmüdafiəçi qarşıdakı 1,5 ildə «qartallar»ın uğurları üçün tər tökəcək.

Cari mövsümün geridə qalan hissəsini Portuqaliyada – «Santa Klara»da keçirən 27 yaşlı fransalı «Oser»in yetirməsidir.

O, 2014-cü ildə peşəkar futbol karyerasına başlayıb. Adıçəkilən klubun B komandasına yüksələn Keyta daha sonra «Havr»a üz tutub.

2015-ci ildən buradan ayrılıb və «Trellisar»a keçib. Növbəti 2 mövsümdə isə «Sent Etyen»in uğurları üçün tər töküb.

2017-2018-ci illərdə «Şambli»nin yolunu tutub. Ardınca Rumıniyadan dəvət alıb və «Kalaraşi» ilə müqavilə bağlayıb.

2019-2021-ci il aralığında «Botaşani»yə xidmət edib. Ötən ilin yayınla da buranı «Sana Klara»ya dəyişib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti