Azərbaycan klubu Portuqaliyadan gələn legionerlə necə anlaşdı?

25 Yanvar 2022 10:40 Zirə 3 103
Azərbaycan klubu Portuqaliyadan gələn legionerlə necə anlaşdı?

Dünən «Zirə» ilə anlaşan Hamidu Keytanın bağlayacağı müqavilənin müddəti məlum olub.

Hücumameylli yarımmüdafiəçi qarşıdakı 1,5 ildə «qartallar»ın uğurları üçün tər tökəcək.

Cari mövsümün geridə qalan hissəsini Portuqaliyada – «Santa Klara»da keçirən 27 yaşlı fransalı bu gün Azərbaycana gələcək və rəsmi kontrakta imza atacaq.

«Oser»in yetirməsi 2014-cü ildə peşəkar futbol karyerasına başlayıb. Adıçəkilən klubun B komandasına yüksələn Keyta daha sonra «Havr»a üz tutub.

2015-ci ildən buradan ayrılıb və «Trellisar»a keçib. Növbəti 2 mövsümdə isə «Sent Etyen»in uğurları üçün tər töküb.

2017-2018-ci illərdə «Şambli»nin yolunu tutub. Ardınca Rumıniyadan dəvət alıb və «Kalaraşi» ilə müqavilə bağlayıb.

2019-2021-ci il aralığında «Botaşani»yə xidmət edib. Ötən ilin yayınla da buranı «Sana Klara»ya dəyişib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!