"Zirə" ruhdan düşmədi, Təmkinlə Marad(ov)ına çatdı - FOTOLAR

21 Yanvar 2022 11:20 Zirə 528
"Zirə" ruhdan düşmədi, Təmkinlə Marad(ov)ına çatdı - FOTOLAR

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə" növbəti yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv Polşadan "Qurnik" (Leçna) ilə üz-üzə gəlib.

Azərbaycan komandası meydana 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar meydana qara sarğı ilə çıxıb. Matçdan öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Görüş 2:2 yekunlaşıb. "Zirə" hesabda iki dəfə geri düşsə də, Təmkin Xəlilzadə 50-ci dəqiqədə penaltidən və İlkin Muradov 60-cı dəqiqədə fərqlənərək, bərabərliyi təmin ediblər.

"Zirə" ilk yoxlama matçında Macarıstan "Zeç"inə 3:5 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti