Rəşad Sadıqov: "3-4 futbolçu götürməyi planlaşdırıram"

21 Yanvar 2022 00:24 Zirə 695
Rəşad Sadıqov: "3-4 futbolçu götürməyi planlaşdırıram"

"Hazırlıq prosesi pis deyil, yaxşıdır.

Yeganə məyuedici məqam odur ki, seleksiyamız hələ istədiyimiz səviyyədə getmir".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Türkiyənin Antalya bölgəsində keçirdikləri təlim-məşq toplanışı barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandamızı bəzi futbolçularla gücləndirmək istəsələr də, danışıqlar uğursuz alınıb:

"Hələ də heyətimizə qata bildiyimiz futbolçu yoxdur. Gözləyirik. Ola bilsin, yaxın günlərdə hər hansı xəbər olsun.

3-4 futbolçu götürməyi planlaşdırıram. Toplanışda 3-4 gənc oyunçumuz iştirak edir. İstənilən halda, onlar bizimlədirlər.

Özlərini yaxşı tərəfdən göstərdikdən və hazır olduqdan sonra onlara mütləq şans verəcəyəm. Mən gənclərə şans verməyi xoşlayıram. Özlərindən çox şey asılıdır".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”