“Zirə”yə lazım olmayan hücumçu 7 ay sonra özünə klub tapdı

10 Yanvar 2022 22:40 Zirə 1 018
“Zirə”yə lazım olmayan hücumçu 7 ay sonra özünə klub tapdı

“Zirə”nin sabiq legioneri Fakundo Melivilonun klubsuz günləri başa çatıb.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçunun 7 aylıq həsrətdən sonra yeni komandası müəyyənləşib.

30 yaşlı forvard ölkəsinin “Atletiko Guemes” klubu ilə anlaşıb. Fakundo yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Ötən ilin martında “Zirə” ilə müqavilə imzalayan və iyunda komandadan ayrılan Fakundo Melivilo bir ara “Keşlə”də baxışdan keçsə də, bəyənilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!