"Zirə" nə vaxt transfer edəcək?

9 Yanvar 2022 20:00 Zirə 757
"Zirə" nə vaxt transfer edəcək?

Türkiyədə təlim-məşq toplanışı keçən «Zirə» hələ transfer bazarında hərəkətə keçməyib.

Bu, «qartallar»ın yeni futbolçularla güclənmək istəməməsi demək deyil.

Əslində, qəsəbə təmsilçisi axtarışa hələ 2-3 ay öncə başlayıb.

Sadəcə, danışıqlar aparılan legionerlərin heç biri ilə hələlik razılıq əldə bilməyib. Konkret desək, 3 belə əcnəbi futbolçu son anda Azərbaycana gəlməkdən imtina edib.

"Zirə" müdafiəçi ilə yanaşı, iki yarımmüdafiəçi və bir hücumçu da transfer etməkdə maraqlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti