"Mövsümün ilk yarısını yaxşı keçirdik, amma..." - "Zirə"nin əcnəbisi

6 Yanvar 2022 23:20 Zirə 872
"Mövsümün ilk yarısını yaxşı keçirdik, amma..." - "Zirə"nin əcnəbisi

"Zirə"nin yarımmüdafiəçisi Mohamed Hamdoui Sportinfo.az-a açıqlama verib.

Mövsümün ilk yarısını dəyərləndirən əcnəbi oyunçu komandasının çıxışından razılığını dilə gətirib: "Düşünürəm ki, mövsümün ilk yarısını yaxşı keçirdik. Amma Daha çoxunu istəyirik. Məncə, bu da mümkündür".

Ötən yay komandaya transfer olunan niderlandlı legioner daha yaxşı çıxış edə biləcəyinə inandığını dilə gətirib: "Daha yaxşı performans göstərmək və daha çox qol vurmaq üçün əlimdən gələni edəcəm, inşallah".

Xatırladaq ki, mövsümün arxada qalan bölümündə 14 oyun şans qazanan 28 yaşlı yarımmüdafiəçi 1 qol və 4 asistlə yadda qalmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti