"Zirə": "Biz getdik" - FOTO

6 Yanvar 2022 02:40 Zirə 1 078
"Zirə": "Biz getdik" - FOTO

"Zirə" təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qəsəbə təmsilçisi qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb.

"Zirə" yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM