Topuq sümüyü sınan futbolçu, görün, hansı vəziyyətdə məşq edir - FOTOLAR

5 Yanvar 2022 19:40 Zirə 1 603
Topuq sümüyü sınan futbolçu, görün, hansı vəziyyətdə məşq edir - FOTOLAR

Azərbaycan Premyer Liqasının 13-cü turunun “Zirə” – “Qəbələ” (1:2) görüşündə zədələnən Nemanya Andelkoviçin vətənində əməliyyat olunduğundan xəbərdarsınız.

Ötən ay əməliyyat masasına uzanan serbiyalı müdafiəçinin durumu getdikcə yaxşılaşır.

Belə ki, Nemanya özünə fərdi məşqçi tutaraq hazırlığa başlayıb. Sağ ayağı gipsdə olan futbolçu hələ ki, fitness zalında fiziki terminləri yerinə yetirməklə məşğuldur.

O, son çalışmalardan şəkilləri “instagram” səhifəsində paylaşıb.

Andelkoviç dekabrın 6-da topuq sümüyündən ağır zədə alıb, əməliyyat olunmuşdu. Serbiyalının martda yaşıl meydanlara qayıdacağı gözlənilir.

24 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının ilk yarısında 11 oyunda şans qazanıb.

HƏBİB / SPPRTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti