Bakını tərk edən ilk komandanın adı məlum oldu – İki legioner...

4 Yanvar 2022 21:00 Zirə 1 195
Bakını tərk edən ilk komandanın adı məlum oldu – İki legioner...

Bakını Antalyaya dəyişəcək ilk komandanın adına aydınlıq gəlib.

Bu, “Zirə”dir. Qış istirahətini hamıdan tez – yanvarın 2-də başa vuran “qartallar” yanvarın 5-də qardaş ölkənin kurort şəhərinə yollanacaq.

Rəşad Sadıqovun çalışdırdığı kollektivi Antalyaya aparacaq təyyarəyə səhər 07:55-də havaya qalxacaq.

Bakıdakı toplanışa yerli futbolçularla başlayan “Zirə”nin legionerləri komandaya Antalyada qoşulacaq.

Xeyli vaxtdır zədədən əziyyət çəkən Felipe Paxtmannla dekabrda uzun müddətə sıradan çıxan Nemanya Andelkoviç isə müalicələrini vətənlərində davam etdirdikləri üçün hazırlıq mərhələsində iştirak etməyəcək.

“Zirə” Antalyadakı “İC Green Palace” otelində məskunlaşacaq. “Qartallar” qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Sadıqovun yetirmələri yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşıb yanvarın 25-də Bakıya dönəcək.

HƏBİB / Sportinfo.az

Xəbər Lenti