"ZİRƏ" - Bu xəbərə sevinənlər də az deyil: FOTOLAR

3 Yanvar 2022 17:40 Zirə 938
"ZİRƏ" - Bu xəbərə sevinənlər də az deyil: FOTOLAR

"Zirə" hazırkı mövsümün ötən ilə düşən son görüşünü ötən ayın 16-sı "Qarabağ"a qarşı keçirmişdi.

Məğlubiyyət alan (0:2) komandaya ondan sonra istirahət verilmişdi.

Qış fasiləsinə son yollanan iki komandadan biri Rəşad Sadıqovun yetirmələri olmuşdu. Kollektivin 5 yanvar təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcəyi öncədən elan olunmuşdu.

Amma fasilədən ilk qayıdan da onlar oldu. Belə ki, ayın 5-ni gözləmədən komanda üzvləri dünən Bakı Olimpiya Stadionun ehtiyat meydançasında bir araya gəldi.

Düzdür, belə tez məşqlərə start vermək heç də futbolçuların ürəyindən keçən arzu deyil. Hər halda kim istəməz ki, daha çox istirahət etsin, ailəsinin yanında daha çox olsun?

Amma bu xəbərə sevinənlər də az deyil. Və yəqin ki, ən çox sevinən də elə biz mətbuat nümayəndələri olduq. Ki, məşqlərin başlaması yenilikdir, məlumat qıtlığının tədricən azalmasıdır, yeni açıqlamalar, yeni müsahibələr üçün fürsətdir.

Məncə, bu münasibətlə "Zirə"yə təşəkkür, həmkarlarımızı isə təbrik etməyə yeri var. Meydanımız məşqsiz, oyunsuz, topsuz qalmasın. Yeni futbol ilimiz bol uğurlarla xoş xəbərlərimizin çarçısı olsun.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti