Premyer Liqanın ən qolçu hücumçusuna Rusiyadan müştəri çıxdı

30 Dekabr 2021 21:00 Zirə 1 686
Premyer Liqanın ən qolçu hücumçusuna Rusiyadan müştəri çıxdı

“Zirə”nin hücumçusu Davit Volkovun daha bir müştərisi üzə çıxıb.

Rusiyanın I Divizionunda çıxış edən “Alaniya” Azərbaycan Premyer Liqasının bombardirinə dəvət göndərib.

Yüksək liqaya vəsiqə uğrunda mübarizə aparan Vladiqafqaz klubu gürcü forvarda 2 illik müqavilə təklif edib

. 26 yaşlı legioner “Zirə” ilə müqaviləsinin bitməməsini əsas gətirərək, qarşı tərəflə danışıqları gələn ilin yayınadək ertələyib.

Vaxtilə Nazim Süleymanovun formasını geyindiyi “Alaniya” medallara iddialılar arasında yer alıb.

25 tura 43 xal toplayan komanda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Osetiyalılar lider “Orenburq”dan 10 xal geri qalır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti