"Ailəmlə istirahətdən həzz almağı planlaşdırıram" - AÇIQLAMA

27 Dekabr 2021 23:20 Zirə 837
"Ailəmlə istirahətdən həzz almağı planlaşdırıram" - AÇIQLAMA

"Zirə"nin legioneri Mohamed Hamdaoui Sportinfo.az-a açıqlama verib.

Niderlandlı istirahət günlərini necə keçirməsi barədə danşıb: "Yaranmış fasilə müddətində sadəcə olaraq, ailəm, dostlarım və həyat yoldaşımla istirahətdən həzz almağı planlaşdırıram".

Yarımmüdafiəçi "Zirə"li fanatlara səslənməyi də unutmayıb: "Sizləri növbəti il uğurlu çıxışımıza sevinməyiniz üçün sağlam olmağınızı arzu edirəm. Bu, çox önəmlidir".

28 yaşlı futbolçu mövsümün ilk yarısında baş məşqçi Rəşad Sadıqovun ən sevimli futbolçularından biri olub. O, meydana çıxdığı 14 qarşılaşmada 1 qol və 4 asistlə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti