Azərbaycan klubu braziliyalı hücumçu ilə müqaviləyə erkən xitam verdi

20 Dekabr 2021 14:00 Zirə 947
Azərbaycan klubu braziliyalı hücumçu ilə müqaviləyə erkən xitam verdi

“Zirə”də ikinci ayrılıq baş verib. Qəsəbə təmsilçisi şimalı makedoniyalı Georgi Stoilovdan sonra Velvis Damakena ilə vidalaşıb.

“Qartallar” bu ilin yayında 20 yaşlı braziliyalı ilə 1+3 illik müqavilə imzalamışdı.

Ukrayna “Lvov”una məxsus hücumçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülmüşdü.

Velvis transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcəkdi.

Lakin...

“Lvov”dan başqa Slovakiyada - “Lokomotiva”da da çıxış etmiş cənubi amerikalı legioner ümidləri doğrultmayıb və vaxtından öncə Ukrayna klubuna qaytarılması lazım bilinib.

SPORTİNFO.AZ

Xəbər Lenti