"Zirə"dən ayrılan qapıçı Braziliya klubunda

19 Dekabr 2021 11:00 Zirə 1 817
"Zirə"dən ayrılan qapıçı Braziliya klubunda

"Zirə"nin sabiq qapıçısı Mateus Albinonun yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı qolkiper Braziliya təmsilçisi "Londrina" ilə anlaşıb.

B Seriyasında mübarizə aparan komanda tezliklə Albinonun transferini açıqlayacaq.

Mateus Albino 2020/2021 mövsümündə "Zirə"nin formasını geyinib. Braziliyalı oyunçu paytaxt klubuna məhz "Londrina"dan keçib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM