Rəşad Sadıqov: "Ürəyimcə olmayan oyunçunu gətirməyəcəm" - VİDEO

19 Dekabr 2021 01:20 Zirə 415
Rəşad Sadıqov: "Ürəyimcə olmayan oyunçunu gətirməyəcəm" - VİDEO

Sportinfo.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turunun "Qarabağ"la səfər oyunu (2:0) barədə sualları cavablandırıb:

- İlk növbədə onu qeyd edim ki, futbolçularımın çıxışından çox razı qaldım. Göstərdikləri əzmkarlıq, inamlı oyun xoşuma gəldi. Sadəcə olaraq hər iki hissənin əvvəlində bu tip oyunlara yaraşmayan səhvlərdən qol buraxdıq. Həm bu gün, həm də "Qəbələ" ilə matçda çox ucuz qollar buraxdıq və bunun acısını çəkdik. Sonradan oyunu çevirmək çox çətin idi. Əslində ilk qol zamanı biz hücumda idik. Əks-hücumda qapımızda qol gördük. Təhlil edəcəyik ki, harda boşluq verdik və rəqib qapımıza belə rahat qol vurdu. Ümumən futbolçular çox inamlı idilər, rəqibdən çəkinmirdilər. Bu gün qarşımızda "Qarabağ" komandası var idi. Səhv etmirəmsə, bu mövsüm öz meydanlarında xal itirməyiblər.

- İstədiyiniz oyunun neçə faizi formalaşıb?

- Faizə bölməyəcəm. Amma ümumiyyətlə istədiyim komandanı görürəm. Xüsusilə bu gün rəqibin pressinqindən çəkinmirdik, oyun qurmağa çalışırdıq. "Qarabağ"ın pressinqinin çox məşhur olduğunu bilirdik. Hücumlarımız pis alınmırdı. Bəzi epizodlarda rəqibin müdafiəsini təzyiq altında saxlayırdıq. Sadəcə daha real qol vəziyyətinə və qollara çevirə bilmədik. Komanda tam görmək istədiyim komandadır. Bu gün ilk üçlükdəyik, "Neftçi" ilə xallarımız eynidir. Hər mövsüm 40-41 xal toplayan komandalar ilk üçlüyə düşür. Hər dövrəyə 11-12 xal toplamaq pis deyil. Son iki oyunda məğlub olduq. Düşünürəm ki, keçən matçda məğlubiyyətə layiq deyildik, ən azından bərabərlik edə bilərdik. Futboldur, hər zaman hesabladığın kimi olmur.

- Qış fasiləsində yeni transferlər edəcəksiz?

- Yay transfer pəncərəsi zamanı tam istədiyim heyəti formalaşdıra bilmədim. Daha geniş heyət istəyirəm. Bu gün istədiyim sistemdə oynaya bilmirdim. 4 hücumameyilli futbolçumuz var. Məcbur Ağabala Ramazanovu saxladım ki, ikinci hissədə hücumu gücləndirmək üçün meydana buraxım. Fikrim var, istəyirəm transfer edək. Amma ürəyimcə olmayan oyunçunu gətirməyəcəm.

- Futbolçularınıza əsəbləşirdiz, hakimə də etiraz edirdiz ...

- Hakimə harada etiraz etdim? Sakit formada söhbət elədik. Etirazlıq epizod yox idi, bu gün hakimlik ideal idi.

- Azərkeşlər "Rəşad milliyə" şüarı səsləndirdi. Bununla bağlı fikriniz necədir?

- Mən fikir vermirdim düzü. Fikrim oyunda idi.

- Andelkoviçin mövqeyinə futbolçu transfer edəcəksiz?

- Fikrimiz var. Qarşıda bizi həm kubok, həm çempionat oyunları gözləyir. Mütləq heyətimizi genişləndirməliyik. O, heç planlaşdırmadığım zədə oldu. 4 ay bizimlə olmayacaq. O mövqeni gücləndirmək mütləqdir. Bəyəndiyimiz oyunçu olsa, transfer edəcəyik.

- Anatole Abanqı transfer edəcəksiz?

- Yaxşı futbolçudur. Amma bizə transferi gözlənilmir.

Digər Xəbərlər
Xəbər Lenti