Macarıstan, Polşa, Şimali Makedoniya klubları – “Zirə”nin seçimi

17 Dekabr 2021 22:40 Zirə 852
Macarıstan, Polşa, Şimali Makedoniya klubları – “Zirə”nin seçimi

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub.

Sportinfo.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.

"Qartallar" qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb.

Qəsəbə təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”,20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq.

"Zirə” yanvarın 25-də Bakıya qayıdacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM