“Zirə” serbi gözləmir, yeni transfer üçün hərəkətə keçdi

13 Dekabr 2021 15:00 Zirə 930
“Zirə” serbi gözləmir, yeni transfer üçün hərəkətə keçdi

“Zirə”nin legioneri Nemanya Andelkoviçin durumuna aydınlıq gəlib.

24 yaşlı müdafiəçi Azərbaycan Premyer Liqasının XIII turunda “Qəbələ” ilə matçda zədələnib.

Sağ ayağının tibia sümüyündə qırıq aşkarlanan Andelkoviç gələn həftə Serbiyada əməliyyat olunub.

Arxa xətt oyunçusu 4 ay sonra komanda ilə birlikdə məşqlərə başlaya bilər. Bu isə o deməkdir ki, balkanlı legioneri aprel-may aylarından tez meydanda görməyəcəyik.

Gözlənilməz hadisə “qartallar”ın planlarında dəyişikliyə səbab olub. Qəsəbə təmsilçisi Andelkoviçin yerini doldurmağın yollarını axtarır.

Onun mövqeyinə yeni transfer olacaq. “Zirə”lilər serbiyalının əvəzləyicisini bir neçə ölkədə axtarır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti