"Rəşad Sadıqov bizim üçün üstünlükdür ki..." - Serbiyalıdan maraqlı YANAŞMA

7 Dekabr 2021 23:40 Zirə 959
"Rəşad Sadıqov bizim üçün üstünlükdür ki..." - Serbiyalıdan maraqlı YANAŞMA

"Biz bir ildi Cəlal Hüseynovla bərabər oynayırıq".

Bunu Sportinfo.az-a açıqlamasında "Zirə"nin serbiyalı futbolçusu Nemanya Andelkoviç deyib.

Cəlal Hüseynov bakılıların daimi əsas heyət üzvü olan gənc futbolçulardandır. Baş məşqçi Rəşad Sadıqov 18 yaşlı mərkəz müdafiəçisinə Premyer Liqada əsas heyət üzvü kimi baxır. Gənc mütəxəssis dəfələrlə Cəlalın yaxşı gələcək vəd etdiyini dilə gətirib.

Bu mövsüm 10-dan artıq oyunda Cəlalla tandem təşkil edən Nemanya da eyni fikirdədir: "İlk öncə onu deyim ki, Cəlal yaxşı oğlandır. Əlbəttə, gənc futbolçu olaraq yaxşı gələcəyi var. Ümid edirəm ki, işləməyə və tapşırıqlara qulaq asmağa davam etsə, gələcəyi baxımından heç bir problem olmayacaq".

24 yaşlı legioner Rəşad Sadıqovun müdafiəçi olmasını özləri üçün üstünlük saydığını da sözlərinə əlavə edib: "Cəlal və mənim böyük bir üstünlüyümüz var. Ki, baş məşqçimiz Rəşad Sadıqov zamanında bizim mövqeyimizdə oynayıb. Biz ondan çox şey öyrənirik".

Xəbər Lenti