Rəşad Sadıqov "Hətta mənə də suallar verilir ki, niyə…"

5 Dekabr 2021 12:40 Zirə 857
Rəşad Sadıqov "Hətta mənə də suallar verilir ki, niyə…"

“Zirə“nin hücumçusu Davit Volkov cari mövsümün ən yaxşılarındandır.

Həm əla forma yığıb, həm çempionatın bombardiridir, həm də artıq Gürcüstan millisinə çağırılır.

Premyer Liqada 9 qol vuran forvardın meneceri də bildirib ki, ona sərfəli təkliflər var. Onu komandada saxlamaq çətin olmayacaq ki?

Sportinfo.az xəbər verir ki, “Zirə“nin baş məşqçisi Rəşad Sadıqov bu haqda sualı cavablandırıb:

“Bu barədə düşünmürəm. Başlıq kimi gördüm, amma xəbərin içini oxumadım. Hər bir futbolçuya komandaların təklifi, istəyi kimi xəbərlər oxuyuruq.

Futbolun içində olan şeylərdir. Bizdə hər hansı məlumat yoxdur, Volkovun özündən də eşitməmişik. Hər bir futbolçumuz kimi, Volkov da bizim üçün dəyərlidir.

Əvvəl də düşünürdüm ki, onun üçün ən yaxşı mövqe hücumdur. Hücumçu üçün yaxşı keyfiyyətləri var. Oyundan-oyuna, mövsüm getdikcə ön xətt oyunçusu kimi daha da inkişaf elədi.

Artıq nominal hücumçuya çevrilib. Hətta mənə də suallar verilir ki, nominal hücumçun yoxdur, niyə almırsan? Volkova inanırdım, bu gün də etimadımızı doğruldub.

Düşünürəm ki, “Zirə”də bundan da yaxşı işlər görə bilər. Yetər ki, bu tempdə, bu istəklə peşəkar şəkildə işinə davam eləsin.

Volkov bizdə xoşbəxtdir. Ağıllı-kamallı insandır, bilir ki, oyunu bu komandada nə dərəcədə yaxşı alınır.

Hücum xəttində onun keyfiyyətləri üzərində istifadə edirik. Hər bir futbolçu daha yaxşı, çempionatda oynaya bilər“.

Digər Xəbərlər
Xəbər Lenti