"Zirə"dən bir balaca qeyd

30 Noyabr 2021 10:40 Zirə 615
"Zirə"dən bir balaca qeyd

Biz gələn yay «Zirə»ni avrokuboklarda görəcəyik.

Bu komanda ötən 1 il ərzində çox dəyişib. İstər futbolçu, istərsə oyun planında.

Hər məşqçinin öz fəlsəfəsi olur. Futbolun dili bir, yönü və yöntəmi çoxdur.

Rəşad Sadıqov da bir baxış bucağı ilə bu yola çıxıb. Və məhz indi-indi istədiyini almaqda, uzun müddətdir üzərində dayandığı, həyata keçirməyə israrçı olduğu fəlsəfəsini onlara qəbul etdirməkdədir.

Bügünkü «Zirə» dinamik və mobil təsir bağışlayır. Maraqlı bir məqam var, gərək onu diqqətdən qaçırmayaq: hakimlər qərəz köynəyini soyunundan bəri komandanın özünəinamı də artıb, dirənişi yüksəlib, ruh halı qələbə üzərində köklənib.

Təsir əks-təsirə bərabərdir – mövsümün əvvəli tamam başqa cür idi.

«Sumqayıt»la qarşılaşan «Zirə»nin vurduğu qollar, belə demək mümkünsə, üzərində işlənmiş qollardır. Epizodlardan göründü ki, hər məşqdə bunların üzərində xeyli çalışma sərf olunub.

Kənaraçıxma? Biz oyunun təşkili, qurulması və icrasından danışırıqsa, gözə almalıyıq ki, orada bir Rəşad Sadıqov var.

Bu adam komandanın başındadırsa, mümkün deyil ki, hansısa futbolçu «fokus» göstərsin, ona verilən tapşırıqdan kənara çıxsın.

İcraatın səviyyəsi o olmaya bilər, əsas odur ki, ümumi oyun sisteminin sərhədlərini aşmasın. Riayət etməyən öncə ehtiyat skamyaya çəkiləcək, sonra da klubun qapısından kənara göndəriləcək.

Sadıqov işini bu prinsip üzərində qurub, hamı da bilir nədir, nə deyil. Razılaşıblar, sözü bir yerə qoyublar, bu da uğur gətirir.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı