"Zirə"nin serbiyalısı darmadağından danışdı : "Bu, bizim üçün asan olmadı"

29 Noyabr 2021 22:20 Zirə 506
"Zirə"nin serbiyalısı darmadağından danışdı : "Bu, bizim üçün asan olmadı"

"Fikrimcə, qələbəyə layiq idik".

Bunu Sportinfo.az-a açıqlamasında "Sumqayıt" üzərində qələbədən danışan "Zirə"nin müdafiəçisi Nemanya Andelkoviç deyib.

Serbiyalı legioner 3-0 hesabına rəğmən qələbənin asan əldə olunmadığını bildirib: "Əvvəldən necə oynayacağımızı bilirdik. Sistemimiz var və buna uyğun çıxış edirik. Təbii ki, bizim üçün asan qələbə olmadı. Sadəcə şanslarımızdan istifadə edib, hesabı vaxtında açdıq".

"Zirə" hazırda 22 xalla ikinci pillədə qərarlaşır. 24 yaşlı müdafiəçi mövsümün qalan bölümündə də ən azı indiki yerdə olacaqlarına ümid edir: "Bəli, hazırda ikinci yerdəyik və ümid edirəm ki, mövsümün qalan bölümündə də ən azı ikinci yerdə qalacağıq. Gözəl futbol oynayırıq, yaxşı komandamız var. Hamı maksimum diqqət mərkəzindədir və öz hədəfimiz var".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı