“Zirə”nin yeni legioneri Bakıda keçmiş tanışını tapdı

26 Noyabr 2021 20:40 Zirə 1 075
“Zirə”nin yeni legioneri Bakıda keçmiş tanışını tapdı

“Zirə”nin futbolçusu Loris Broqno ölkəmizdə legioner həyatı yaşayana qədər Azərbaycan futbolundan xəbərdar imiş

Buna tanıdığı Belçikalı futbolçunun “Simurq”da oynaması səbəb olub.

Loris Sportinfo.az-a açıqlamasında həmyerlisinin bir neçə il əvvəl Azərbaycanda top qovduğunu və özünün bundan məlumatlı olduğunu deyib.

Broqno karyerasını “Zirə”də davam etdirəndə isə, əvvəldən tanıdığı daha bir futbolçu ilə rastlaşıb.

Bu, ötən mövsüm “Qəbələ”nin, cari mövsümdə isə “Səbail”in şərəfini qoruyan Nikolas Rayseldir. Düzdür, Raysel Fransa vətəndaşıdır. Amma karyerasının son illərində Lorisin vətəni olan Belçikada legioner həyatı yaşayıb.

Nikolas 2014-2017-ci illər aralığında “Union”un, 2017-18 mövsümündə “Oostende”nin, 2018-19 mövsümündə isə “Roselar”in şərəfini qoruyub.

"Səbail”in hücumçusu Belçikada 100-dən çox oyun keçirib ki, Lorislə yaşıl meydanlarda az qarşılaşmayıblar.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti