Ayrılıq sənədinə qol çəkdi, 2 ayın pulunu aldı

26 Noyabr 2021 14:40 Zirə 594
Ayrılıq sənədinə qol çəkdi, 2 ayın pulunu aldı

“Zirə” qış fasiləsi olmamış heyətində təmizləmə işlərinə başlayıb.

Artıq bir legionerlə yollar ayrılıb.

Qəsəbə təmsilçisi şimali makedoniyalı yarımmüdafiəçisi Georgi Stoilovla vidalaşıb. 26 yaşlı orta sahə oyunçusunun 2023-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Zirə” Georgi Stoilovu bu ilin avqustunda “Pandev Akademiyası”ndan heyətinə cəlb etmişdi..

“Qartallar” bu ayrılığın könül rahatlığı olması üçün noyabr və dekabr aylarının maaşını ödəməyi lazım bilib.

Onun gedişi tez-tez zədələnməsi ilə bağlıdır. Fiziki cəhətdən problemlər yaşayan balkanlı ötən üddət ərzində dəfələrlə sıradan çıxdığından, bir müddət istirahət etmək qərarına gəlib.

Əsas heyətə düşmək uğrunda rəqabətə tab gətirməyən makedoniyalı ölkəsində müalicə kursu keçəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti