Başı səhhətinə qarışdı, futbol yaddan çıxdı, Azərbaycandan getdi

25 Noyabr 2021 12:40 Zirə 1 120
Başı səhhətinə qarışdı, futbol yaddan çıxdı, Azərbaycandan getdi

"Zirə" Georgi Stoilovla yollarını rəsmən ayırıb.

Qəsəbə təmsilçisinin saytın Şimali Makedoniyadan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsi barədə Sportinfo.az-ın dünən verdiyi məlumatı təsdiqləyib.

Klub göstətdiyi xidmətlərə görə 26 yaşlı legionerə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Georgi Stoilov avqustun 4-də "Zirə" ilə 2+1 illik müqavilə imzalamışdı. Onun gedişi tez-tez zədələnməsi ilə bağlıdır.

Fiziki cəhətdən problemlər yaşayan balkanlı ötən üddət ərzində dəfələrlə sıradan çıxdığından, bir müddət istirahət etmək qərarına gəlib.

Əsas heyətə düşmək uğrunda rəqabətə tab gətirməyən makedoniyalı ölkəsində müalicə kursu keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti