Rəşad Sadıqova desələr ki…

22 Noyabr 2021 16:40 Zirə 737
Rəşad Sadıqova desələr ki…

Turnir cədvəlində 3-cü yerin artıq yeni sahibi var - «Zirə».

Rəşad Sadıqovu bürünc medal da qane edir, əslində.

Təki avrokuboklara bilet olsun. İndi desələr ki, üçüncü pilləni sizin olsun, mövsümü başa vur, razılaşar.

Heyətini uzun-uzadı analiz etməyə, incləməyə lüzum yoxdur.

Rəşad Sadıqov fərdi ustalıq səviyyəsi ilə bir-birlərindən seçilməyən, qiyməti orta səddi aşmayan futbolçu topluluğu ilə yola çıxıb. Davit Volkov, Loris Broqno və Təmkin Xəlilzadəni düşərgədən götürək, heç zad!

«Zirə»ni sanballı, oynadan və oynaq göstərən sistemdir. Biz əvvəl-əvvəl bu komandanı izləyəndə, başqa hisslər keçirirdik, adamı az qala əsnəmək tuturdu.

90 dəqiqənin hər saniyəsi bir il kimi gəlib keçirdi, final fitini gözləməyə taqətin qalırdı. «Zirə» bu gün onu izləyənlərə «haradan-hara» dedizdirir.

Qısa müddətdə uzun məsafə qət edərək, oyunlarına maraq qatıblar. Bu gəlişmə qol sayındakı artıma da səbəb olub. İki turdan meydanı 3 qol vurmadan tərk etmirlər.

Demək ki, yarımmüdafiə və hücum xətləri arasında problemlər çözülməyə, balans yaranmağa başlayıb. Orta sahəni göstərin, deyək, nəyə qadirsiz.

Top alış-verişində çevik təsir bağışlayan mərkəz oyunçuların özgüvəni əməlli-başlı nəzərə çarpır. Rəşad Sadıqovun onlara daha çox zaman ayırması da bunun bir əlamətidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti