Rəşad Sadıqov: "Hansısa futbolçu ilə yeni müqavilə imzalamaq istəsək…"

21 Noyabr 2021 16:40 Zirə 631
Rəşad Sadıqov: "Hansısa futbolçu ilə yeni müqavilə imzalamaq istəsək…"

"Zirə" Davit Volkova yeni müqavilə təklif edib.

“Qartallar” 2020-ci ilin əvvəlində “Qəbələ”dən heyətinə qatdığı hücuumçunu saxlamaq fikrində kifayət qədər ciddidir.

Qəsəbə təmsilçisi Gürcüstan yığmasına çağırılan forvardla daha 2 illik kontrakt imzalamaq niyyətindədır.

Volkov hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardiridir. Onun agenti Levan Zuxbaya bildirib ki, müştərisi gələn mövsümə başqa ölkədə başlaya bilər.

Menecer son 2 ildə ona bir neçə ölkədən təklif gəldiyini gizlətməyib: "Onunla maraqlanan klublar arasında Azərbaycan, Türkiyə, Polşa, Ukrayna və Macarıstan təmsilçiləri olub.

Volkov milli və karyera maraqlarını nəzərə alaraq qərar verəcək. İndi ondan daha çox şey gözlənilir. Əminəm ki, irəliləməyə davam edəcək".

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov isə bildirib ki, hələ yeni sazişlə bağlı onunla danışıqlara başlamayıb:

"Bir neçə futbolçunun müqaviləsi mövsümün sonunda bitir. Gedişata baxacağıq, hansısa futbolçu ilə yeni sözləşmə imzalamaq istəsək, qarşılıqlı şəkildə razılıq əldə edilsə, komandada saxlayacağıq.

Özüm də bu proseslərin tez olduğunu düşünürəm. Yalnız qarşıdakı oyuna köklənməliyik.

Fikrimizi qəti şəkildə bu tip məsələlərlə dağıtmamalıyıq. Hər şeyin öz vaxtı var".

Digər Xəbərlər
Xəbər Lenti