"Qarabağ"ın arxasınca düşən "Zirə" yüksəlişdə - FOTOLAR

21 Noyabr 2021 09:00 Zirə 550
"Qarabağ"ın arxasınca düşən "Zirə" yüksəlişdə - FOTOLAR

Azərbaycan Premyer Liqasında XI turun daha bir görüşü keçirilib.

Sportinfo.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında "Zirə" "Səbail"i qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 23-cü dəqiqədə Qismət Alıyev açıb. "Qartallar"ın heyətində digər 2 qolu 47-ci və 74-cü dəqiqələrdə Davit Volkov vurub. Matçda son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Rauf Əliyev qoyub. Penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. 9 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!